Şamaxıda yenidən zəlzələ oldu - YENİLƏNİB

20:00 27.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə hafta.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.

9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

***

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bu dəfəki yeraltı təkan yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı olub.

Məlumata görə, zəlzələ 10 km dərinlikdə baş verib.

***

Şamaxıda zəlzələ olub.

Hafta.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 15:52-də baş verən zəlzələnin maqnitudası 4.7 olub.

Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.